<span style="color:red;">Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ : Polkovnik lazer tuşlayıcı bombadan danışdı
01 may 2019 15:41 (UTC +04:00)

Azərbaycanın YENİ SİLAHI, düşmən TƏŞVİŞDƏ: Polkovnik lazer tuşlayıcı bombadan danışdı

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazerlə yönləndirilən aviasiya bombasının inert versiyası sınaqlar üçün artıq hazırdır.

Bombanın ilk prototipindən artıq 3 ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib.

 

Bu yeni silah Azərbaycan ordusuna nə verəcək? Və bu silahın xüsusiyyətləri nədir?

Bu barədə Lent.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb. O, bildirib ki, lazer tuşlayıcı bombaları ümumiyyətlə 70-ci illərdən bu yana geniş istifadə olunur:

“Hazırda bu məsələ gündəmdədir. Azərbaycan hərbi sənayesini inkişaf etdirməklə məşğuldur. Hərbi sənayemiz intellektual cəhətdən, həmçinin elmdə kəşf olunan yeni məlumatlar əsasında inkişaf edir. Bildiyiniz kimi, Azərbaycanın hərbi sənayesinin bir neçə inkişaf etmiş ölkələrlə müqavilələri var. İsrail, Türkiyə, Pakistanla birgə fəaliyyəti var. Hazırda Çinlə də müəyyən danışıqlar aparılır. Yeni sınağa verilən lazer bombası Azərbaycan istehsalıdır. Yalnız onun  lazer qurğusu Türkiyənin ASELSAN şirkəti ilə müqavilə əsasında birgə hazırlanıb. Bu bomba ilə bağlı geniş məlumat yoxdur. Düşünürəm ki, sınaqlardan keçəndən sonra əlavə məlumatlar əldə edəcəyik. Lazer tuşlayıcı bombasının həcmi  250 kiloqramdır. Hardasa 10 km hündürlüyündən, 12 km məsafəni rahatlıqla dəqiq vura bilir. Hətta hədəf 10 metr səhv götürülsə belə dəqiq vuruş olacaq. Bu dəqiq silahlara aid özəl xüsusiyyətlərdir.

Lazer tuşlayıcı bombalarının iş prinsipləri ondan ibarətdir ki, lazer ilə hədəf boy-boy şüa ilə vurulur və gələn  cavab məlumatı əsasında hədəfin olduğu yer dəqiq  müəyyənləşir. Sonra bombanın üstündəki qurğu işə düşərək hədəfi daha dəqiq vurmasına xidmət edir”.

# 1903
avatar

Səlcuq Elçin

Oxşar yazılar