<b>AMEA-ya <span style="color:red;">YENİ VİTSE-PREZİDENT  seçildi</b>
01 may 2019 14:04 (UTC +04:00)

AMEA-ya YENİ VİTSE-PREZİDENT seçildi

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni vitse-prezident seçilib.
 
ONA-nın xəbərinə görə, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında Akademiyanın 58 həqiqi üzvü arasında bununla bağlı gizli səsvermə təşkil edilib.
 
Səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib.
 
Qeyd edək ki, R.Əliquliyev AMEA-nın akademik-katibi olub.
 
Xatırladaq ki, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləridir.
# 1229
avatar

Oxşar yazılar