1 May tədbirinə gedən avtobus qəzaya uğradı - ölənlər var
01 may 2019 13:22 (UTC +04:00)

1 May tədbirinə gedən avtobus qəzaya uğradı - ölənlər var

1 May bayramı ilə əlaqədar Türkiyədə Kahramanmaraş şəhərinin Əlbistan rayonundan Şanlıurfaya gedən mikroavtobus qəzaya uğrayıb.
 
ONA-nın Türkiyə bürosundan verilən xəbərə görə, səhiyyə işçilərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti çox ağırdır.
 
Qəzaya mikroavtobusun təkərinin partlaması və yoldan çıxaraq onu ötməyə çalışan avtomobilə çırpılması səbəb olub.
 
Qəza səbəbindən Şanlıurfadakı 1 May bayram tədbirləri yarımçıq başa çatdırılıb.
# 1051
avatar

Oxşar yazılar