[b]Hərraca internet vasitəsilə qoşul: məkanı dəyişmədən[/b]
01 may 2019 12:47 (UTC +04:00)

[b]Hərraca internet vasitəsilə qoşul: məkanı dəyişmədən[/b]

Ölkəmizdə özəlləşdirilmə prosedurlarının sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 280-ə yaxını elektron şəkildə həyata keçirilib.
 
Cari il ərzində bu rəqəm 40-a yaxındır. Olduğu məkanı dəyişmədən, real vaxt rejimində 30-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 170-ə yaxını rəqabətli şəkildə baş tutub. Bunun 40-a yaxını isə cari ilin payına düşür.
 
Hərraclara çıxarılan dövlət əmlakları barədə ictimai məlumatlandırma komitənin elektron resursları vasitəsilə də aparılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatın əldə olunması və hərracda iştirak müraciəti komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı  (privatization.az) ilə mümkündür.
 
Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә də dərc edilir. Özəlləşdirməni sürətləndirməyə, şəffaflığı və rahatlığı artırmağa yönələn Özəlləşdirmə portalına ilin ilk 3 ayı ərzində 200 mindən çox baxış olub.
 
Qeyd olunmalıdır ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin ilk üç ayı ərzində ümumilikdə 42 hərrac keçirilib. Hərraca çıxarılan dövlət əmlaklarından 260-a yaxını özəlləşdirilib.
# 847
avatar

Oxşar yazılar