<b>Culian Assanja 50 həftə həbs cəzası verildi</b>
01 may 2019 15:11 (UTC +04:00)

Culian Assanja 50 həftə həbs cəzası verildi

London şəhər məhkəməsi “Wikileaks” saytının qurucusu Culian Assanjı zaminlə azadlığa buraxılma şərtlərini pozduğu üçün 50 həftə müddətinə həbs cəzasına məhkum edib. 
 
ONA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 
 
Culian Assanj məhkəmə qərarı səsləndirilmədən öncə vəkilləri vasitəsilə törətdiyi hərəkətə görə peşman olduğunu bildirib. 
 
“Siz polisə könüllü təslim olmadınız. Bu səbəbdən də Ekvador səfirliyi binaya polisin daxil olmasına icazə verdi. Sizin seçiminiz var idi. Ona görə də mən cəzanın yüngülləşdirilməsinə dair bütün səbəbləri rədd edirəm”. Bunu məhkəmə iclasına sədrlik edın hakim Debora Teylor bildirib.
# 951
avatar

Oxşar yazılar