<b>Ədalət Şükürov özünə <span style="color:red;">YENİ BİZNES QURDU  - Azərbaycanda ilkə imza atdı</b>
01 may 2019 12:24 (UTC +04:00)

Ədalət Şükürov özünə YENİ BİZNES QURDU - Azərbaycanda ilkə imza atdı

Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov müğənnilikdən savayı özünə yeni biznes qurub. Lent.az-a açıqlama verən müğənni bildirib ki, Azərbaycanda heç kimin etmədiyi bir biznesi o reallaşdırıb:

“Müğənnilikdən qabaq dərman fabrikində, mətbuatda və bir neçə şirkətlərdə işlədim. İdarəçiliyin nə olduğunu bilirəm. Mənim turizm şirkətim, aptekim var idi. Müğənniliyə başlayandan sonra çatdırmırdım. Ona görə də bağladım. İndi hazırda smalta daşından gözəl əsərlər üzərində işləyirəm. Artıq bu işlə bağlı mənə müraciətlər var. Məsələn, Azərbaycanın milli xalçasını həmin smalta daşından yığa bilərəm. Bu işə biznes tərəfdən yanaşıram. İşimi Azərbaycanda olan bir çox arxeoloqlara göstərdim, dedilər ki, biz hələ belə şey görməmişik. Söylədilər ki, çətin bunu Azərbaycanda kimsə edə bilər. Amma onu mən Ədalət Şükürov edirəm. Bu biznesi Azərbaycanda ilk quran mən oldum”.

 

# 4188
avatar

Yalçın UĞUR

Oxşar yazılar