[b]Ali məktəblərin hazırlıq qruplarına qəbul balı müəyyənləşdirildi[/b]
01 may 2019 11:10 (UTC +04:00)

[b]Ali məktəblərin hazırlıq qruplarına qəbul balı müəyyənləşdirildi[/b]

"Ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılması ilə bağlı müzakirələr davam edir". 
 
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
O bildirib ki, ali məktəblərin hazırlıq qrupları ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra tətbiq ediləcək: "Çox yaxşı olardı yeni qaydalar sentyabr ayında qəbul edilsin və abituriyentlər bu qaydalarla tanış ola bilsinlər. Bu zaman biz də maarifləndirmə işini düzgün apara bilərik".
 
DİM sədri qeyd edib ki, ali məktəblərin hazırlıq qruplarına qəbul balı müəyyənləşdirilib: "Abituriyentlər topladıqları bala müvafiq olaraq istədikləri hazırlıq qruplarında oxuya biləcəklər. Onlar hazırlıq qruplarında təhsil aldıqdan sonra yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Təbii ki, bunlar təklifdir. Onu da qeyd edim ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ali məktəblərinin özündən də asılıdır". 
# 553
avatar

Oxşar yazılar