Venesuelada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 50 nəfərə çatdı
01 may 2019 00:20 (UTC +04:00)

Venesuelada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 50 nəfərə çatdı

 
Venesuelada hökumət əleyhində keçirilən etiraz aksiyalarında xəsarət alanların sayı 50 nəfərə çatıb.
 
ONA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "TVV" telekanalına yerli səhiyyə orqanının rəhbəri Çakao Maxiya Santi məlumat verib.
 
Bundan əvvəl 26 nəfərin xəsarət aldığı deyilirdi.
 
"Bu gün bizə 50 nəfər müraciət edib. Onlardan 30 nəfəri rezin güllə, bir nəfəri isə odlu silahdan açılan güllə yarası ilə gəlib", - Santi belə deyib.
 
Qeyd edək ki, Venesuelanın paytaxtında keçirilmiş etiraz aksiyalarında nümayişçilərlə polis qüvvələri arasında qarşıdurma olub.
 
 Bildirilir ki, paytaxt Karakasda və digər şəhərlərdə hökumət əleyhinə nümayişlər keçirilir.
# 1119
avatar

Oxşar yazılar