Zelenskinin qalibiyyəti rəsmən elan edildi
30 aprel 2019 16:16 (UTC +04:00)

Zelenskinin qalibiyyəti rəsmən elan edildi

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 21-də keçirilmiş prezident seçkilərinin nəticələrini elan edib.
 
ONA-nın xəbərinə görə, nəticələr Vladimir Zelenskinin 73,23 faiz səslə seçkilərdə qalib gəldiyini ortaya qoyub.
 
Ukraynanın hazırkı prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. 2,31 faiz bülleten etibarsız sayılıb.
 
Qanunvericiliyə əsasən, yeni prezidentin andiçmə mərasimi seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonrakı 30 gün ərzində (indiki halda mayın 30-dək) keçirilməlidir. Andiçmə mərasiminin tarixini isə Ali Rada müəyyənləşdirəcək.

 

 

# 954
avatar

Aygün İbrahimli

Oxşar yazılar