Azərbaycanlı futbolçunun atası boşanmamış evlənir - <span style="color:red;">oğul soyadını dəyişir
30 aprel 2019 15:48 (UTC +04:00)

Azərbaycanlı futbolçunun atası boşanmamış evlənir - oğul soyadını dəyişir

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır.

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə evlənməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi baş tutub.

Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir.

Anar Mədətovun məsələyə münasibəti isə sərt olub: “Bu, mənim ailə işimdir, mənim həyatımdır. Necə yaşayıram, özüm bilərəm. Allah qismətimizə nə yazıbsa, o da baş verir. Mənim də həyatımda bu baş verdi, şükür edirəm. Bəlkə elə qismətimdə yazılıb ki, sabah öləcəm, haradan bilirik?”
 
Anar Mədətov oğlunun onun soyadından imtina etməsi məsələsinə də münasibət bildirib. Deyib ki, bu, yalan söhbətdir. "Mahir heç vaxt müsahibə verməyib, o ki qala şəxsi həyatla bağlı nəsə desin".

Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

 

# 1639
avatar

Oxşar yazılar