<b>Nadir Qafarzadə xanımı və övladları barədə <span style="color:red;">NƏLƏR DANIŞDI ? - FOTO - VİDEO</b>
30 aprel 2019 14:57 (UTC +04:00)

Nadir Qafarzadə xanımı və övladları barədə NƏLƏR DANIŞDI? - FOTO - VİDEO

Müğənni Nadir Qafarzadə şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, “3 canlı” verilişində qonaq olan ifaçı bildirib ki, xanımı və övladları sosial şəbəkədə şəkillərinin görsənməsini istəmir:

“Övladlarım mənə deyir ki, biz başa düşürük, sən sosial adamsan, məşhursan, amma bizi o sahəyə qoşma. Yoldaşım da bu fikri söyləyir. Onlarla şəkli də güclə çəkdirirəm. Ailəvi şəklimizi sonuncu dəfə Ukraynada çəkdirdik. Həmin fotonu da onları aldadıb, instaqram səhifəmə qoydum. Yoldaşım mənə deyir ki, axı mən artist deyiləm, istəmirəm. Söyləyir ki, küçəyə çıxanda, gözəllik salonuna gedəndə, deyirlər ki, Nadirin yoldaşıdır. O da kompleksə düşür. Mən də istəyirəm ki, onlar azad həyatlarını yaşasınlar”.

 

N.Qafarzadə daha sonra əlavə edib ki, ictimai qınaqdan çəkinən insandır: “Mən öz həyatımı yaşamıram. Tamaşaçı üçün yaşayıram. İctimai qınaqdan qorxuram. Məsələn, küçəyə çıxanda ehtiyatlı davranıram. Addımımı da atanda düzgün atıram ki, birdən kimsə nəsə deyər”.


 

 


 

 

# 1678
avatar

Yalçın UĞUR

Oxşar yazılar