<b>ADNA qurbanları anıldı - <span style="color:red;">FOTOLENT </b>
30 aprel 2019 14:23 (UTC +04:00)

ADNA qurbanları anıldı - FOTOLENT

Keçmiş Azərbaycan Dövlər Neft Akademiyasında (indiki Azərbaycan  Dövlət  Neft və Sənaye Universiteti) baş vermiş terror aktından 10 il ötür.

Lent.az xəbər verir ki, ali təhsil ocağında terror qurbanlarının anım mərasimi keçirilib.

Anım mərasimində Təhsil naziri Ceyhun Bayramov, müəllimlər və tələbələr iştirak edib.

Terror zamanı həlak olanların yaxınları da mərasimə qatılıblar.

Terrorun pislənildiyi tədbirdə ölənlərin xatirəsinə həsr olunmuş barelyefin önünə gül dəstələri qoyulub.

Qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 10 il əvvəl baş vermiş dəhşətli terror hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. Həmin gün ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor onların xatirəsinin universitetdə daim əziz tutulacağını qeyd edib.

Daha sonra tədbir iştirakçıları ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələrin 30 aprel faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Sonra 30 aprel hadisəsindən bəhs edən və universitetin istehsalı olan “Bir sal yADıNA” sənədli filmi nümayiş olunub.

Filmə baxışdan sonra M.Babanlı belə bir terror hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib.

Terror aktı qurbanlarının yaxınları öz fikirlərini bölüşüb, həlak olanların xatirəsinin universitetdə daim yad edilməsinə görə təşəkkürlərini ifadə ediblər.

Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramov ADNA-da törədilmiş terror hadisəsi qurbanlarının xatirəsini yad etmək üçün ADNSU-da olub.

Nazir Ceyhun Bayramov terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə gül dəstəsi qoyduqdan sonra həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək 10 il əvvəl baş verən terror aktını pisləyərək terrorizmə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

# 746
avatar

Oxşar yazılar