[b]"Açıq deyirəm, F-35-lər məsələsində təzyiqlərə məruz qalırıq" - Türkiyə prezidenti[/b]
30 aprel 2019 13:40 (UTC +04:00)

[b]"Açıq deyirəm, F-35-lər məsələsində təzyiqlərə məruz qalırıq" - Türkiyə prezidenti[/b]

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə F-35 təyyarələrini satmaq istəməməsi barədə danışıb.
 
ONA-nın məlumatına görə, Ərdoğan bu gün İstanbulda başlayan “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinin açılışında çıxışında bildirib ki, Türkiyə bu məsələdə təzyiqlərə məruz qalır: "Açıq deyirəm, F-35-lər məsələsində təzyiqlərə məruz qalırıq. Hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız olanda ilk olaraq müttəfiqlərimizə üz tutduq. Bu istiqamətdə tələblərimiz ya tamamilə cavabsız qaldı, ya da qarşımıza qəbul edilməsi mümkün olmayan şərtlər qoyuldu. Rusiya ilə S-400 anlaşmasının arxasında bu proses var. F-35-lər məsələsində də oxşar təzyiqlərə məruz qalırıq. Bizə ögey münasibət bəsləyənlərin bu işin nə ilə nəticələnəcəyinin fərqində olmadığını  görürük. Türkiyənin kənarda saxlandığı F-35-lər layihəsi tam iflasa məhkumdur".
 
Qeyd edək ki, Türkiyənin S-400 raket kompleksləri almaq barədə Rusiya ilə razılığa gəlməsi ABŞ-ın kəskin etirazına səbəb olub. ABŞ Türkiyəni F-35 təyyarələri satmayacağı ilə təhdid edir.
# 854
avatar

Oxşar yazılar