[b]Səfir: "Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il rekord məbləğə çatıb”[/b]
30 aprel 2019 12:55 (UTC +04:00)

[b]Səfir: "Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il rekord məbləğə çatıb”[/b]

"Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il rekord məbləğə- 500 milyon dollara çatıb”.
 
ONA-nın məlumatına görə, bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç deyib.
 
O əlavə edib ki, Azərbaycan və Belarus arasında ticarət, iqtisadiyyat daxil olmaqla elm və mədəniyyət sahəsində də qarşılıqlı səmərəli əməkdaşlıq inkişaf edir: “Əlaqələrimiz artıq tamamilə fərqli mərhələyə qədəm qoyub. Azərbaycan və Belarus artıq üçüncü ölkələrin də iştirakı ilə layihələr həyata keçirir".
# 863
avatar

Oxşar yazılar