<b>Temperatur dəyişir - <span style="color:red;">HAVA PROQNOZU </b>
30 aprel 2019 12:43 (UTC +04:00)

Temperatur dəyişir - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında mayın 1-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək, mülayim cənub küləyi əsəcək.
 
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq.
 
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
 
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
# 1380
avatar

Aygün İbrahimli

Oxşar yazılar