Kolumbiya və Hindistan yığmamıza rəqib oldu
30 aprel 2019 11:09 (UTC +04:00)

Kolumbiya və Hindistan yığmamıza rəqib oldu

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatının püşkü atılıb. 
 
ONA-nın məlumatına görə, mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub. 
 
Komandamız Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistanla A qrupunda yer alıb. B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparacaqlar. 
 
Oyunlar iyunun 8-16-da Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.  
# 594
avatar

Oxşar yazılar