Azərbaycan üzərindən göndərilən poçt həcmi kəskin azalıb
30 aprel 2019 09:49 (UTC +04:00)

Azərbaycan üzərindən göndərilən poçt həcmi kəskin azalıb

 
Bu ilin birinci rübündə 4 892 kq (18 891 ədəd) poçt həcmi Azərbaycanda tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Ötən ilin analoji dövrü ilə müqayisədə göndərilən poçt həcmi 16,6 dəfə, sayı isə 32 dəfə azalıb.
 
"Azərpoçt" MMC-dən ONA-ya verilən məlumata görə, Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrə 11 230 ədəd sifarişli, 7 661 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.
 
Eyni zamanda "Azərpoçt"un EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan  sürətli poçt göndərişləri "Azərpoçt" üzərindən Rusiyaya göndərilir.
Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır.
 
Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən "Azərpoçt" vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.
 
Azərbaycan poçtu ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi kimi fəaliyyət göstərir. Layihə "Silk Way" aviaşirkəti ilə birgə həyata keçirilir.
 
Layihə çərçivəsində Çindən sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilir və "Azərpoçt" tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılır.
# 899
avatar

Oxşar yazılar