“Çayı şəkərlə yox, kərə yağı ilə için” - məşhur dietoloqdan ÇAĞIRIŞ
29 aprel 2019 23:08 (UTC +04:00)

“Çayı şəkərlə yox, kərə yağı ilə için” - məşhur dietoloqdan ÇAĞIRIŞ

“Yeməkdən sonra içilən çayın içinə şəkər yerinə kərə yağı atmaq lazımdır”.

Bunu məşhur türkiyəli dietoloq, professor Canan Karatay deyib: “Məndən “çayı şəkərsiz necə içim?”, deyə soruşanda “şəkərin yerinə çaya kərə yağı atın”, deyirəm. Kərə yağı İngiltərə kimi Qərb ölkələrində krem kimi çayın içinə atılır. Bu, daha düzgündür. Çay yemək yeyərkən qəbul etdiyiniz dəmirin sorulmasını əngəlləyir. Mən illərdir ki, bunu deyirəm”.

C. Karatay bildirib ki, vaxtilə şəkər fabrikləri qurulmazdan əvvəl kərə yağı şəkər kimi istifadə olunurdu və bunu hələ də edənlər var: “Bu, köhnə adətdir, yeni bir hal deyil. Tibetə, Everestə çıxan alpinistlərə yol göstərən tibetli bələdçilər enerjini kərə yağından alırlar. Həm isti, həm də kərə yağı uzun müddətli enerji verir. Bu həm də gənc qalmanıza yardım edər. Ona görə də bol-bol kərə yağı yeyə bilərsiniz”.

O, həmçinin uşaqlara verilən şirnilərin də çox ziyanlı olduğunu açıqlayıb: ““Lolipop” dediyimiz, uşaqlara verdiyimiz şəkərə həşəratlar belə yaxın durmur. Qarışqalar, milçəklər əsl şəkərə qaçmazlarmı? Uşaqlara sakit olsunlar deyə verdiyiniz həmin şirnilərə həşəratlar belə yaxın gəlmir”...

e-tibb.az

# 957
avatar

Oxşar yazılar