Ərdoğandan “S-400”-lə bağlı Trampa təklif
29 aprel 2019 19:04 (UTC +04:00)

Ərdoğandan “S-400”-lə bağlı Trampa təklif

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
 
ONA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əlaqələr müzakirə edilib.
 
Prezidentlər iki ölkə arasında ticarət dövriyyəsini 75 milyard dollara çatdırmaqla bağlı razılığa gəliblər. Ölkə başçıları Suriya, terrorla mübarizədə əməkdaşlıq məsələlərinə toxunublar.
 
Ərdoğan Türkiyənin Rusiyadan aldığı “S-400” Zenit Müdafiə Kompleksinin tədarükü ilə bağlı birgə işçi qrupun yaradılması təklifini irəli sürüb.
# 716
avatar

Oxşar yazılar