Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunur
29 aprel 2019 18:26 (UTC +04:00)

Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunur

Bu gün İranln Mazandaran əyalətinin Babol, Ramsər və Sarı şəhərlərində İranın siyasi, mədəni və ictimai şəxslərinin, incəsənət xadimlərinin iştirakı ilə 9-cu "Varəş" beynəlxalq film festivalı başlayıb.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, sosyoloji mövzularda filmlərin nümayiş olunduğu festival 5 gün davam edəcək.
 
Festivalda "Azerbaijan muham" (rejissor - Emin Mirbalayrvini), "Azerbaijan carpet" (rejissor - Şamil Əliyev), "Winged niracle" (rejissor - Zəhra Mirzazadə və "Azerbaijan cuisene" (rejissor - Şamil Nəcəfzadə) filmləri də göstəriləcək.
 
Festivalda digər Xəzəryanı ölkələrdən və Əfqanıstandan da filmlər nümayiş olunur .
# 962
avatar

Oxşar yazılar