[b]Prezidentdən İTV-nin baş direktoru ilə bağlı SƏRƏNCAM[/b]
29 aprel 2019 17:50 (UTC +04:00)

[b]Prezidentdən İTV-nin baş direktoru ilə bağlı SƏRƏNCAM[/b]

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
ONA-nın xəbərə görə, sərəncama əsasən, Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri Qasımov Balakişi Ələkbər oğlu və Talıbov Elman Eldar oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
 
Qeyd edək ki, Balakişi Qasımov İTV-nin baş direktorudur.
# 1108
avatar

Oxşar yazılar