"Bu proqram uşaqların təhlükəli informasiyalara girişinə qadağa qoyur" - Dövlət Komitəsi
29 aprel 2019 16:50 (UTC +04:00)

"Bu proqram uşaqların təhlükəli informasiyalara girişinə qadağa qoyur" - Dövlət Komitəsi

“İnternetdə uşaqların inkişafına zərər vuran resurslar gündən-günə inkişaf edir”.
 
Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
 
O bildirib ki, xarici dövlətlər tərəfindən yaradılmış qapalı internet forumlarda azərbaycanlı uşaqlara qeyri-qanuni çağırışlar edilir: “EMO hərəkatı, satanizm ən bariz nümunələrdir. Bunlarla mübarizə gücləndirilməlidir”.
Şöbə müdirinin sözlərinə görə, transmilli cinayətkarlıqla mübarizə işi gücləndiriləcək.
 
E. Səfərov qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan “Kidsafe” - uşaqların internet təhlükəsizliyi və valideyn nəzarəti proqramı vasitəsilə internetdə qumar, narkotik, insan alveri, şiddət, terrorizm, fırıldaqçılıq, zərərli reklamlar və s. kateqoriyalarda olan təhlükəli informasiyalara girişə qadağa qoyulub:
 
“Artıq bu proqramın xidmətlərindən 40 minə yaxın insan yararlanır. Proqram uşaqların yaş həddinə uyğun olmayan səhifələrə girişinə mane olur, xəbərdarlıq edir və axtarış motorlarında uşaqların yaşına uyğun olmayan nəticələrin çıxmasının qarşısını alır. Eyni zamanda, valideynlər uşaqların kompüterdən hansı vaxtlarda istifadə edə biləcəyini öncədən təyin edə bilirlər. Hətta uşaqların bütün yazışmalarını və harada yazışdıqlarını şəxsi kabinet vasitəsilə müşahidə etmək mümkün olur. Gələcəkdə bu proqram təminatının daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Valideynlərə çağırış edib bildiririk ki, onlar telefonlarının əməliyyat sisteminə uyğun proqramı yükləyib, övladlarını internetin təhlükəsindən qorusunlar”.
# 535
avatar

Oxşar yazılar