Bakıda orta məktəbdə dava düşdü - Şagird döyüldü
29 aprel 2019 15:38 (UTC +04:00)

Bakıda orta məktəbdə dava düşdü - Şagird döyüldü

Bakıda orta məktəbdə şagirdlər arasında dava olub.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən 314 saylı orta məktəbin həyətində qeydə alınıb. Dava barədə valideyn Cəmilə Həsənova polisə şikayət edib. O, şikayətində oğlu, həmin məktəbin şagirdi, 15 yaşlı Fərid Həsənovun üç şagird tərəfindən döyüldüyünü qeyd edib.
 
Faktla bağlı araşdırma aparılır.
# 917
avatar

Oxşar yazılar