[b]Komitə sədrindən ziyarətlərin təşkilinə dair XƏBƏRDARLIQ: Məşhədə, Kərbəlaya getmək...[/b]
29 aprel 2019 12:16 (UTC +04:00)

[b]Komitə sədrindən ziyarətlərin təşkilinə dair XƏBƏRDARLIQ: Məşhədə, Kərbəlaya getmək...[/b]

"Bəziləri dövlətə yazır ki, məni həccə göndərin. Şeyxülislama da çoxlu sayda belə məktublar gəlir ".
 
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında  Dini Qrumularla İş üzrə Ddvlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
M.Qurbanlı qeyd edib ki, həccə getməyin şərtləri var: "Axı dövlət başçısına belə məktub yazmaq düzgün deyil. Həccin özünün şərtləri var. Din xadimləri yerlərdə insanlara bunu izah etməlidir. QMİ sədrinə onlarla belə məktub gəlir. Axı fiziki cəhətdən də onların hamısını həccə göndərmək mümkün deyil".
 
M.Qurbanlı Məşhədə, Kərbəlaya ziyarət təşkil edənlərin bir çox halda bunu biznesə çevirdiyini söyləyib: "Bəziləri orada pulsuz vəziyyətdə qalır, dövlət onların qayıtmasına kömək etməli olur. Yaxud uşaqlar aparılır, orada itir. Ona görə də din xadimləri bu məsələyə nəzarəti artırmalıdır. Qanunvericilikdə də bu məsələlər sərtləşdiriləcək. Məşhədə, Kərbəlaya getmək səyahət deyil, ziyarətdir. Bu səfərə gedənlər kiminsə təsirinə də düşə bilər. Yerlərdə çalışan qazılar, imamlar bu kimi işlərlə məşğul olanlarla təmas qurmamalıdır. Bu, gələcəkdə sistemli şəkildə QMİ-nin nəzarətində olmalıdır. Bəzən məsciddə çalışan kimsə belə səfərlərə dəstək olur, bu da QMİ-nin nüfuzuna zərbə vura bilər. Bu ziyarətləri təşkil edənlərin çoxunun dinə aidiyyatı yoxdur, turist səfəri kimi qazanc məqsədi ilə təşkil edirlər".
# 881
avatar

Oxşar yazılar