<span style="color:red;">Topaz Premyer Liqası:  XXVII turun oyunları bir gündə keçiriləcək
29 aprel 2019 12:12 (UTC +04:00)

Topaz Premyer Liqası: XXVII turun oyunları bir gündə keçiriləcək

Topaz Premyer Liqasında XXVII turun oyun cədvəli açıqlanıb.
 
ONA-nın məlumatına görə, mayın 5-də baş tutacaq turun bütün görüşləri eyni gündə keçiriləcək.
 
Çempionluğun taleyinə aydınlıq gətirə biləcək iki matç eyni saatda start götürəcək. “Qəbələ” “Neftçi”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək.
 
Topaz Premyer Liqası
XXVII tur
5 may (bazar)
 
“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 20:00 (pfl.az/canlı)
 
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 18:00 (CBC Sport/canlı)
 
“Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00 (CBC Sport/canlı)
 
“Keşlə” – “Zirə”
“ASK Arena”, 20:00
# 755
avatar

Oxşar yazılar