[b]İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar"[/b]
29 aprel 2019 11:28 (UTC +04:00)

[b]İki əsrin Şeyxülislamı: "Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar"[/b]

"İnanıram ki, bu Ramazan ayında tutduğumuz oruclar, qıldığımız namazlar bizi bəlalardan qoruyacaq. İnşallah, Allah-təala bizim birliyimizi qoruyacaq". 
 
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. 
 
QMİ sədri qeyd edib ki, Azərbaycanda şiələr və sünnilər qardaşcasına yaşayırlar: "Azərbaycan kiçik, unikal bir dövlətdir. Müstəqilliyimizdən sonra baş verən hadisələr xalqımızın nələrə qadir olduğunu ortaya qoydu. Mən iki əsrin Şeyxülislamıyam. Sovet dövründə dinə qarşı aparılan siyasətdə məqsəd xalqın qəlbindən dinə inamı götürmək idi. Bir çox sahələrdə çatışmazlıq olsa da, dini sahədə böyük irəliləyiş var. Bunun da ilk səbəbkarı Heydər Əliyev olub. İlk dəfə Prezident seçiləndən sonra Heydər Əliyev Təzə Pir məscidinə gəlmişdi".
# 650
avatar

Oxşar yazılar