“Alanyaspor”un avtobusu aşdı: 1 futbolçu ölüb, 7-si xəsarət alıb
29 aprel 2019 09:46 (UTC +04:00)

“Alanyaspor”un avtobusu aşdı: 1 futbolçu ölüb, 7-si xəsarət alıb

 
Türkiyənin “Alanyaspor” futbol klubunun əsas komandası avtomobil qəzasına düşüb.
 
ONA-nın məlumatına görə, Super Liqanın “Kayserispor”la oyunundan qayıdan Alanya təmsilçisinin avtobusu aşıb.
 
Nəticədə 7 futbolçu xəsarət alıb. Komandanın 29 yaşlı hücumçusu Jozef Sural başından ciddi zərbə alıb. Bədənində qırıqlar da olan çexiyalı xəstəxanaya çatdırılıb. Lakin əməliyyatdan sonra futbolçu dünyasını dəyişib.
Qeyd edək ki, 29 yaşlı çexiyalı futbolçu Türkiyə klubuna bu mövsümün gedişində qoşulub. 
# 708
avatar

Oxşar yazılar