Beyin problemi olanlar üçün fikri səsə çevirən implant hazırlanıb
29 aprel 2019 00:37 (UTC +04:00)

Beyin problemi olanlar üçün fikri səsə çevirən implant hazırlanıb

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant hazırlayıblar.

E-tibb.az-ın ict.az-a istinadən verdiyi məlumata görə, bu texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. İmplantın insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz  kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir.

Professor Edvard Çanq bildirib “Tarixdə ilk dəfə biz insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə bilirik. Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür”, deyə bildirib.

İmplant xəstənin beyninə yerləşdirildikdən və siqnalları skan etdikdən sonra alınan informasiyanı dekodlaşdırır və onu sintezlənmiş nitqi generasiya edən digər cihaza ötürür.

E.Çanqın sözlərinə görə, səsin anatomiya ilə dəqiq müqayisəsi alimlərə hər xəstə üçün real virtual səs yaratmağa imkan verir. Bunun üçün onlar iki kompüter təlimi alqoritmi tətbiq ediblər. Onların biri danışıq zamanı yaranan beyin aktivliyinin siqnallarını virtual səs traktı hərəkətlərinə çevirən dekodlaşdırma üçün istifadə edilir. Digər alqoritm isə əldə olunan səs traktı hərəkətlərini xəstənin sintetik səsinə çevirən sintezator tərəfindən tətbiq olunur.

E-tibb.az

# 1198
avatar

Oxşar yazılar