50 avtomobil toqquşdu: 25 yaralı var
28 aprel 2019 21:07 (UTC +04:00)

50 avtomobil toqquşdu: 25 yaralı var

 
Almaniyanın şərqində yerləşən Türingiya vilayətində buz və gözlənilməz dolu səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə yerli yol polisi məlumat yayıb.
 
Kütləvi avtoqəza nəticəsində azı 25 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti daha ağırdır.
Yaralıların vaxtında xəstəxanaya çatdırılması üçün əraziyə iki helikopter cəlb olunub.
# 846
avatar

Oxşar yazılar