Londonda Xitrou aeroportu yaxınlığında GÜCLÜ YANĞIN
28 aprel 2019 20:34 (UTC +04:00)

Londonda Xitrou aeroportu yaxınlığında GÜCLÜ YANĞIN

 
Londonda Xitrou aeroportu  yaxınlığında anbarda güclü yanğın baş verib.
 
 
 
ONA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, Vest-Dreyton qəsəbəsindəki anbarda başlayan yanğını söndürmək üçün 6 yanğınsöndürmə briqadası göndərilib.
Aeroport üzərində qatı tüstü müşahidə olunur. Yanğınsöndürənlər ətrafda yaşayan sakinlərə evlərinin pəncərə və qapılarını açmamağı məsləhət görür.
 
Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
 
Şahidlər "Daily Mail" qəzetinə yanğının partlayışlar müşahidə olunduğunu bildiriblər.
# 845
avatar

Oxşar yazılar