Qazaxıstanda prezidentliyə namizədliyi irəli sürülənlər müəyyənləşdi - SİYAHI
28 aprel 2019 19:55 (UTC +04:00)

Qazaxıstanda prezidentliyə namizədliyi irəli sürülənlər müəyyənləşdi - SİYAHI

 
Bu gün yerli vaxtla saat 18.00--da Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt başa çatıb.
 
OENA-nın "sputniknews.kz" saytına istinadən verdiyi məlumata görə, bu gün "Xalq Demoqrafiyası" İctimai Birliyinin namizədliyini irəli sürdüyü Jumatay Əliyev sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
 
Bununla da prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 9 nəfərə çatıb. Ümumilikdə, 4 partiya və 5 ictimai təşkilatdan namizədlər irəli sürülüb. Həmin namizədlər aşağıdakılardır:
Qasım-Jomart Tokayev (Qazaxıstanın hazırkı prezidenti) –Nur Otan Partiyası;
 
Daniya Yespayeva – "Ak jol" Partiyası;
 
Jambıl Əhmədbekov – Kommunist Xalq Partiyası;
 
Toleutay Rəhimbəyfov – Aul Partiyası;
 
Sadıbek Tuqel – "Böyük Çöllərin Qartalları" İctimai Birliyi;
 
Amangəldi Taspixov –Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası;
 
Amirjan Kosanov – "Xalqın Taleyi" Milli Vətənpərvər Hərəkatı;
 
Talqat Yerqaliyev – Qazaxıstan İnşaatçıları İttifaqı;
 
Jumatay Əliyev - "Xalq Demoqrafiyası" İctimai Birliyi.
 
MSK namizədlərin qeydiyyatına 11 may saat 18.00-a qədər baxaraq qərar verməlidir.
 
Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də prezident postundan istefa verib. Dövlət başçısının səlahiyyətləri Qasım-Jomart Tokayev icra edir. O, bundan əvvəl Qazaxıstan Senatının sədri olub.
 
Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.
# 985
avatar

Oxşar yazılar