"Formula-1": Kimi Raykkonen də cəzalandırıldı
28 aprel 2019 15:18 (UTC +04:00)

"Formula-1": Kimi Raykkonen də cəzalandırıldı

 
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında daha bir pilot cəzalı durumda olacaq.
 
ONA-nın məlumatına görə, “Alfa Romeo”nun üzvü Kimi Raykkonen də mübarizəyə pit-leyndən başlayacaq.
 
Komandanın nümayəndələri ilə araşdırma aparan stüardlar onun idarə etdiyi boliddə qayda pozuntusu aşkarlayıb.
Bu səbəbdən K.Raykkonen də “Red Bull”un üzvü Pyer Qasli və “Uilyams” sürücüsü Robert Kubitsa kimi pit-leyndən start götürmək cəzasına məruz qalıb.
 
Qeyd edək ki, daha bir pilot Antonio Covinassi 10 mövqe geridən yarışa qatılmaq cəzası alıb.
# 789
avatar

Oxşar yazılar