“Formula-2”: Nikolas Latifi son yarışın qalibi oldu
28 aprel 2019 14:20 (UTC +04:00)

“Formula-2”: Nikolas Latifi son yarışın qalibi oldu

 
Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb. 
 
ONA-nın məlumatına görə, bu gün keçirilən ikinci yarış Nikolas Latifinin qələbəsi ilə başa çatıb. 
 
Belə ki, 10 komandanın pilotları 50 dəqiqə ərzində 21 dövrə (126,063 km) vuraraq, qalibi müəyyənləşdiriblər. "Dams"ın üzvü  bütün rəqbilərini qabaqlayaraq, finişə birinci çatıb. Xuan Korrea (“Sauber”) ikinci, Cek Aitken (“Kampos”) üçüncü yeri tutub.  
Qeyd edək ki, Bakıda "Formula-2" üzrə təşkil olunan ilk yarışda Cek Aitken (“Kampos”) qalib adını qazanıb. Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.
# 885
avatar

Oxşar yazılar