İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir
28 aprel 2019 11:29 (UTC +04:00)

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

 
Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
 
ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, növbədənkənar seçkilərdə 4 il müddətində parlamentin aşağı palatasına - Konqresə 350 deputat, parlamentin yuxarı palatasına - Senata 266 deputat seçiləcək.
 
Seçki məntəqələri yerli vaxtla saat 09.00-da açılacaq, səsvermə saat 20.00-da başa çatacaq. Seçkilərin yekun nəticəsi mayın 13-də elan olunacaq.
İspaniyada növbədənkənar seçkilərin keçirilməsinin səbəbi siyasi qeyri-stabillikdir. İspaniya Sosialist İşçi Partiyasının 2018-ci ilin iyununda formalaşdırdığı hökumət parlamentdə çoxluq tərəfindən dəstəklənmir. Hökumətin faktiki olaraq bütün fəaliyyəti, o cümlədən 2019-cu il üçün büdcə layihəsi parlamentdə qəbul edilməyib.
 
Sosioloji sorğulara əsasən, heç bir partiya Konqresdəki 350 yerdən 176-nı qazanaraq hökuməti təkbaşına formalaşdırmaq üçün parlament çoxluğuna sahib olmayacaq.
 
Qeyd edək ki, seçkilərə 80 partiya və seçki bloku qatılıb. Ancaq onlardan yalnız 10-13-nün parlamentdə təmsil olunmaq şansı var.
# 635
avatar

Oxşar yazılar