Ronaldo - 600-cü qol
28 aprel 2019 11:10 (UTC +04:00)

Ronaldo - 600-cü qol

İtaliya A Seriyasının 34-cü turunda “İnter”lə keçirilən oyun (1:1) “Yuventus”un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
 
Portuqaliyalı hücumçu bu görüşdə klub karyerasında 600-cü qolunu vurub. Yubiley qolu Turin klubunu məğlubiyyətdən qurtarıb.
 
Qeyd edək ki, Ronaldo “Sportinq”də 5, “Real”da 450, “Mançester Yunayted”də 118, “Yuventus”da isə 27 dəfə rəqib qapılarına yol tapıb.
 
(Qol.az)
# 634
avatar

Oxşar yazılar