Quaydo hərbçiləri Maduronu dəstəkləməyi dayandırmağa çağırdı
28 aprel 2019 10:17 (UTC +04:00)

Quaydo hərbçiləri Maduronu dəstəkləməyi dayandırmağa çağırdı

 
Venesuela müxalifətinin lideri Xuan Quaydo hərbçiləri prezident Nikolas Maduronun rejimini dəstəkləməməyə çağırıb.
 
ONA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, X. Quaydo deyib ki,  Venesuelada ordunun dəstəyi N. Maduronun hakimiyyətdən uzaqlaşdırılması prosesində fundamental məqam olacaq.
 
Venesuela müxalifətinin lideri zamanın keçdiyini, gözləntinin isə daimi ola bilməyəcəyini söyləyib. X. Quaydo bildirib ki, hazırda hərbi rəhbərlərin çiynində tarixi məsuliyyət var. O, may ayında N. Maduronun hakimiyyətdən uzaqlaşdırılması məqsədi ilə geniş masştablı kütləvi aksiyaların başlayacağını da vurğulayıb.
# 603
avatar

Oxşar yazılar