Lənkəran-Lerik yolu yenidən qurulur
28 aprel 2019 09:46 (UTC +04:00)

Lənkəran-Lerik yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu ilin yanvar ayından Lənkəran-Lerik yolunda yenidənqurma işlərinə başlanılıb.
 
56 kilometrlik yolun sürüşmə aktivliyinin daha çox müşahidə edilən hissələrində 100-150 metr uzunluğu və 4-5 metr hündürlüyü olan istinad divarları tikilir. Yolun 18, 21, 33, və 36-cı kilometrliyində torpaq sürüşməsinin və uçqunların qarşısını almaq məqsədilə tikilən divarların təməlinin hündürlüyü 2 metr, eni 1,2 metrdir.
 
Bundan başqa, yol yatağının əlavə bərkidilməsi işləri görülür, suötürücü borular quraşdırılır. Həmçinin sərt döngələrdə və dörd körpüdə genişləndirmə işləri aparılır.
 
İki hərəkət zolağı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr, asfalt beton örtüyüünü eni isə 7 metr nəzərdə tutulub.
 
Lənkəran-Lerik yolunun yenidənqurmadan sonra bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
 
(AZƏRTAC)
# 578
avatar

Oxşar yazılar