Maneken səhnədə yıxılaraq öldü
28 aprel 2019 09:22 (UTC +04:00)

Maneken səhnədə yıxılaraq öldü

 
Braziliyanın San-Paulo şəhərində keçirilən moda həftəsinin son günündə kişi manekenlərdən biri podiumda yıxılaraq ölüb.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Folha de São Paulo” portalı tədbir iştirakçılarına istinadən yazıb.
 
Bildirilir ki, 26 yaşlı Tales Soaresin yerə yıxıldığını görən tamaşaçılar bunun bir şou olduğunu zənn edib. Ancaq sonradan onun bədəni titrəməyə, ağzından köpük gəlməyə başlayıb.
Bundan sonra Soares mühafizəçilərin köməkliyi ilə xəstəxanaya aparılıb, amma artıq gec olub. Gənc model yolda keçinib. Onun ölümünün səbəbi hələlik bilinmir.
# 935
avatar

Oxşar yazılar