ABŞ-da silahlı şəxs sinaqoqda insanlara atəş açıb, yaralılar var
28 aprel 2019 00:38 (UTC +04:00)

ABŞ-da silahlı şəxs sinaqoqda insanlara atəş açıb, yaralılar var

 
ABŞ-ın Kaliforniya ştatı, Pouey şəhərində sinaqoqda silahlı insident baş verib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
 
“Fox News” telekanalının yaydığı məlumata görə, naməlum silahlı “Chabad Way” sinaqoqunda odlu silahdan atəş açıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
# 684
avatar

Oxşar yazılar