"Formula-1": Əsas yarışla Qran-pri yekunlaşacaq
28 aprel 2019 00:04 (UTC +04:00)

"Formula-1": Əsas yarışla Qran-pri yekunlaşacaq

 
Bu gün "Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinə yekun vurulacaq. 
 
ONA-nın məlumatına görə, yarışın üçüncü günündə ölkəmizdə dördüncü dəfə keçirilən turnirin 4-cü mərhələsinin qalibinin adına aydınlıq gələcək. 
 
Qran-priyədək “Formula-2”də ikinci yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və "Bakı Kristal Zal"da amerikalı Kardi Binin konserti nəzərdə tutulub. 
Yekunda "Lost Frequencies" ləqəbi ilə tanınan belçikalı DJ Feliks De Laet də azarkeşlər qarşısına çıxacaq. Onunla yanaşı, ilk 2 gündə olduğu kimi, venesuelalı DJ Mendoza da öz məharətlərini göstərib, tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcək. 
 
Azərbaycan Qran-prisi
28 aprel
11:20-11:40. Avtoqraf sessiyası (“Uilyams”)
11:40-12:00. Avtoqraf sessiyası (“MakLaren”)
12:00-12:20. Avtoqraf sessiyası (“Haas”)
12:20-12:40. Avtoqraf sessiyası (“Toro Rosso”)
13:10-14:00. “Formula-2”. İkinci yarış
14:30-15:00. Açılış və pilotların paradı
15:54-15:56. Dövlət Himni mərasimi
16:10-18:10. “FORMULA-1”. SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Kardi Binin konserti
# 720
avatar

Oxşar yazılar