Gimnast Zöhrə Ağamirova: Arzum Azərbaycanı layiqincə təmsil etməkdir
27 aprel 2019 21:53 (UTC +04:00)

Gimnast Zöhrə Ağamirova: Arzum Azərbaycanı layiqincə təmsil etməkdir

Bədii gimnastika üzrə nüfuzlu turnir olan dünya kubokunda mükafatçılar sırasına düşmək üçün imkanlarımdan tam istifadə etməyə çalışıram. Bu turnirdə çıxışım zamanı ikiqat məsuliyyət daşıyıram. Paytaxt Bakıda, doğma arenada yüksək nailiyyət əldə etmək üçün yarışa yüksək səviyyədə hazırlaşmışam. Təəssüf ki, bugünkü çıxışım o qədər də yaxşı alınmadı.
 
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda mübarizə aparan azərbaycanlı gimnast Zöhrə Ağamirova deyib.
 
O qeyd edib ki, doğma arenada azarkeş dəstəyi gimnastlarımızı daha uğurla çıxış etməyə ruhlandırır: “Arzum Azərbaycanı layiqincə təmsil etməkdir”.
 
Qeyd edək ki, Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb. Aprelin 28-də həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək.
 
(AZƏRTAC)
# 873
avatar

Oxşar yazılar