[b]"Bakı yürüşü karyeramda ən həyəcanlısıdır" - <span style="color:red;">Pilot etiraf etdi [/b]
27 aprel 2019 18:38 (UTC +04:00)

[b]"Bakı yürüşü karyeramda ən həyəcanlısıdır" - Pilot etiraf etdi[/b]

Formula 2 yürüşçüsü Nikita Mazepin Bakı mərhələsinin ilk yürüşündən bəhs edib. Rusiyalı pilot epizodların birində trasdan çıxmasına baxmayaraq, finişə doqquzuncu çatıb və bu seriyada ilk xallarını qazanıb. Bu, Mazepinin karyerasında ikinci Formul 2 yürüşüdür.
 
Rrusiyalı pilot qeyd edib: “Bu yürüş həyəcanlı idi, ola bilər ki, karyeramda ən həyəcanlısı oldu. Səhvə yol verdikdən sonra xalq qazanmaq şansımın olmadığını düşündüm, lakin axıradək şinləri yaxşı vəziyyətdə saxlaya bildim, bir neçə mövqe qazanaraq doqquzuncu oldum”.
 
Mazepin əlavə edib ki, Bakıda onun özü və komandası rezinin öhdəsindən Bəhreyndə olduğundan daha yaxşı gəlib. Pilot rezinin vəziyyətinin trasın xüsusiyyəti ilə fərqini belə izah edib:
 
“Bəhreyndə və Azərbaycanda traslar bütün komponentlərinə görə əhəmiyyətli dərəcədə fərqlənir. Əsas fərq isə asfaltla bağlıdır. Mən nəyisə çox dəyişdiyimizi deyə bilmərəm. Formula 2-də rezinin tərkibi GP3-dəki şinlərdən çox fərqlidir. Burada rezin sənin hərəkətlərinə daha həssasdır, sabit yürüşlə finişə doğru artıq məhv olmuş şinlər arasında fərq o qədər də böyük deyil. Bu, Bəhreyndə bizim üçün kiçik şok oldu, çünki biz bu qədər yüksək səviyyədə deqradasiya gözləmirdik. Lakin bu yürüşdən sonra komanda ilə çoxlu çalışdıq və gələcəkdə daha yaxşı olacağına əminik”.
 
 
(AZƏRTAC)
# 749
avatar

Oxşar yazılar