<b>Bu ölkədə yüzlərlə həkim istefa verib – <span style="color:red;">SƏBƏB bəlli oldu </b>
27 aprel 2019 19:59 (UTC +04:00)

Bu ölkədə yüzlərlə həkim istefa verib – SƏBƏB bəlli oldu

Mərakeşin dövlətə məxsus xəstəxanalarından birində çalışan 310 həkim istefa verib.
 
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, söhbət Fəs şəhərindəki tibb ocağından gedir.
 
Şəhərin Bəni Məlal bölgəsində 122, Məknəs bölgəsində 125, Şərq bölgəsində isə 63 həkim işə çıxmaqdan imtina edib.
 
Məlum olub ki, həkimlər bu hərəkətlərilə ölkənin səhiyyə sistemində mövcud olan problemlərə etiraz ediblər.
 
Həmrəylik nümayiş etdirən tibb işçiləri ölkədəki səhiyyə xidmətinin vətəndaşların tələblərinə uyğun gəlmədiyi vurğulayaraq, hətta hökumətin mövcud çatışmazlıqların səbəbinin həkimlərdə görməsinin yolverilməz olduğunu dilə gətiriblər. 
 
# 1034
avatar

Oxşar yazılar