<b>Yolda <span style="color:red;">“BULUD” DƏHŞƏTİ  - ABŞ-da kütləvi zəhərlənmə </b>
27 aprel 2019 16:40 (UTC +04:00)

Yolda “BULUD” DƏHŞƏTİ - ABŞ-da kütləvi zəhərlənmə

Çikaqo ştatının mərkəzi avtomobil yollarından birində arzuolunmaz hadisə yaşanıb.
 
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində kütləvi zəhərlənmə baş verib.
 
Məlum olub ki, Çikaqonun mərkəzindən təxminən 65 kilometr şimalda əmələ gələn zəhərli bulud ammonyak sızması nəticəsində yaranıb. 
 
Belə ki, 
 
Leyk Forest şəhərinin yanğından mühafizə xidmətinin rəisi Mayk Qallon məsələyə aydınlıq gətirib: 
 
“Yolda şütüyən yük maşınına qoşulmuş 2 ədəd susuz ammonyakın olduğu konteynerdə sızma baş verib və hər şey də bundan sonra başlayıb”. 
 
37 nəfərin zəhərləndiyi deyilən hadisə nəticəsində hətta köməyə gələn yanğından mühafizə qüvvələrinin 11 əməkdaşı da zəhərlənərək xəstəxanaya yerləşdirilib. 
 
Qeyd edək ki, rəngsiz qaz halında olan susuz ammonyak bir anlıq tənəffüzü çətinləşdirir, yanıq və suluqların əmələ gəlməsinə səbəb olur. 
 
# 766
avatar

Oxşar yazılar