[b]3 pilot Bakıda ötürücü qutunu dəyişməyə qərar verib[/b]
27 aprel 2019 15:40 (UTC +04:00)

[b]3 pilot Bakıda ötürücü qutunu dəyişməyə qərar verib[/b]

“Formula-1” üzrə Azərbaycan Qran-prisində iştirak edən pilotlardan üçü ötürücü qutunu dəyişməyə qərar verib.
 
ONA-nın məlumatına görə, “Toro Rosso”nun üzvləri Daniil Kvyatla Aleksander Albon, həmçinin “Maklaren”li Lando Norris bolidinin bu komponentini dəyişəcək.
 
Onların Bakıda yeni ötürücü qutu ilə yarışa çıxması qaydalar əsasında gerçəkləşəcək. Bu üzdən də onları hər hansı cəza gözləmir.
 
Belə ki, L.Norris və D.Kvyat Çində keçirilən son yürüşdə finişə çatmadıqları üçün bu hüquqa malikdir. A.Albonun da boliddəki dəyişiklik haqqı var. Lakin o, yeni qurğu ilə 6 mərhələdə iştirak etməlidir. Pilot növbəti dəyişikliyi daha tez edərsə, start xəttində mövqe cəzası alacaq.
 
Qeyd edək ki, bolidindəki dəyişiklik üzündən Pyer Qasli və Antonio Covinassi Bakıda cəza yaşayacaq. Sonuncu start xəttində 10 mövqelik cəza ilə çıxacaqsa, P.Qasli pit-leyndən yarışa qoşulacaq.
# 686
avatar

Oxşar yazılar