Avropa Liqasının finalına bilet vizaya bərabər olacaq
27 aprel 2019 14:38 (UTC +04:00)

Avropa Liqasının finalına bilet vizaya bərabər olacaq

Avropa Liqasının Bakıda keçiriləcək final matçına bilet xarici vətəndaşlar üçün Azərbaycana viza rolunu oynayacaq.
 
ONA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.
 
O bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: “Bizdə Nazirlər Kabinetinin müvafiq qərarı çıxıb ki, Avropa Liqasının finalına bilet bütün azarkeşlər üçün viza olacaq”.
A.Rəhimov final barədə fikirlərini açıqlayıb və eyni ölkə təmsilçilərinin qarşılaşmasını istəmədiyini qeyd edib: “Düşünürəm ki, İngiltərə - İspaniya və ya iki İngiltərə finalı olacaq”.
 
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
# 600
avatar

Oxşar yazılar