Formula-1: Bu pilot starta 10 mövqe geridən başlayacaq - SƏBƏB
27 aprel 2019 11:46 (UTC +04:00)

Formula-1: Bu pilot starta 10 mövqe geridən başlayacaq - SƏBƏB

Beynəlxalq Avtomobil Federasiyası (FİA) “Formula-1” pilotu Antonio Covinassinin cəzasını təsdiqləyib.
 
ONA-nın məlumatına görə, “Alfa Romeo” komandasının üzvü Bakıda keçirilən Azərbaycan Qran-prisinin start xəttinə 10 mövqe geridən başlayacaq.
 
Buna onun idarə etdiyi boliddə yeni idarəedici elektronikanın istifadəsi səbəb olub. A.Covinassi mövsümdə 3-cü dəst elektronikadan istifadə etdiyi üçün qaydaları pozub və bu üzdən cəzalanıb.
Qeyd edək ki, Bakıdakı yarışın əsas mərhələsi sabah keçiriləcək.
# 732
avatar

Oxşar yazılar