Maaşları verilməyən futbolçular meydana çıxmadı - İngiltərə klubunda RƏZALƏT
27 aprel 2019 11:20 (UTC +04:00)

Maaşları verilməyən futbolçular meydana çıxmadı - İngiltərə klubunda RƏZALƏT

Futbol üzrə İngiltərə çempionatında xoşagəlməz hadisə yaşanıb.
 
ONA-nın məlumatına görə, Çempionşipdə baş tutmalı olan “Bolton” – “Brentford” oyunu keçirilməyib.
 
XLV turun görüşünün oynanılmamasına səbəb “Bolton” futbolçularının qərarıdır. Belə ki, meydan sahibləri meydana çıxmaqdan imtina ediblər.
Onlar klub rəhbərliyinin maaşlarla bağlı bütün borcları ödəməsi tələbini irəli sürüblər. Futbolçular pullar ödənənə qədər oynamayacaqlarını bəyan ediblər. Matçın taleyinə İntizam Komitəsindən aydınlıq gələcək.
 
Qeyd edək ki, mövsüm başa çatmamış “Bolton”un aşağı dəstəyə düşəcəyi rəsmiləşib. 44 oyunda 32 xal toplayan komanda 23-cü sırada qərarlaşıb.
# 626
avatar

Oxşar yazılar