Co Bayden bir gündə seçki kampaniyasına 6,3 milyon dollar ianə topladı
27 aprel 2019 10:55 (UTC +04:00)

Co Bayden bir gündə seçki kampaniyasına 6,3 milyon dollar ianə topladı

ABŞ-ın sabiq vitse-prezidenti, demokrat Cozef Bayden 2020-ci il prezident seçkilərində iştirakını elan etdikdən sonra bir gün ərzində seçki kampaniyasının keçirilməsinə 6,3 milyon dollar məbləğində ianə toplayıb.
 
ONA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
 
Bildirilir ki, ianələr 97 min fiziki və hüquqi şəxs tərəfindən edilib. Toplanmış məbləğin həcminə görə C.Bayden ABŞ prezidentliyinə digər namizədləri geridə qoyub.
Bir sıra sorğuların nəticələrinə əsasən, 76 yaşlı Co Bayden Demokratlar Partiyasının nümayəndələri arasında favorit hesab edilir.
 
Qeyd edək ki, Demokratlar Partiyasından indiyədək təxminən 20 nəfər ABŞ prezidentliyinə namizədliyini irəli sürüb.
 
ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.
# 567
avatar

Oxşar yazılar