<b>Formula 1-in Bakı trekində veloyürüş - <span style="color:red;">Nazir də qatılıb  - <span style="color:red;">FOTO </b>
28 aprel 2019 13:09 (UTC +04:00)

Formula 1-in Bakı trekində veloyürüş - Nazir də qatılıb - FOTO

Aprelin 28-də Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib.
 
Bu barədə Lent.az-a DTX-nin ictimai əlaqələr şöbəsindən məlumat verilib.
 
Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı şəhər trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idmanı üzrə dəfələrlə respublika çempionu Vüqar Salahov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun üzvləri iştirak ediblər.
# 892
avatar

Oxşar yazılar